Pentaqon Rusiya-Ukrayna münaqişəsinin gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya arasında birbaşa qarşıdurmanı mümkün hesab edir.
Bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələrə hazırlanan Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri, general Qreqori Giyonun yazılı bəyanatında deyilir.
Generalın sözlərinə görə, ABŞ ilə onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişə ehtimalı artır. Onun təqdim etdiyi versiyaya görə, Çin, Rusiya, Şimali Koreya və İran ABŞ ilə silahlı münaqişədən qaçmağa çalışsalar da, bu ölkələrin Qərbin tənəzzülünə inanması ABŞ-yə beynəlxalq arenada meydan oxumaq istəyinin artmasına səbəb olur və səhv hesablama riskini artırır.
Giyo iddia edib ki, Rusiya-Ukrayna müharibəsində münaqişənin ABŞ ilə birbaşa hərbi qarşıdurmaya gedə biləcəyi mümkün yollar qalır.
ABŞ Rusiya münaqişəsi doğrudanmı qaçılmazdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Ukrayna ilə bağlı olaraq ABŞ Rusiyanın birbaşa qarşıdurmasının baş verməsi ehtimalını mümkünsüz hesab edir:
“Rusiya Ukrayna müharibəsi fonunda bir çox Qərb ölkələri, eləcə də ABŞ-la Moskva üz-üzə dayanıb. Rusiya Ukraynada apardığı işğalçı müharibə ilə faktiki olaraq bütün bu qüvvələrin qarşısını almış olur. Amma hələlik həmin ölkələr Rusiya ilə birbaşa qarşıdurmaya getmirlər.
Əvəzində Kiyevə hərbi, siyasi, maliyyə dəstəyi verirlər. Bu yolla da Ukraynanın Rusiyaya qarşı müharibəsinə dəstək vermiş olurlar.
Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar da həyata keçirilir. Artıq 17-ci sanksiyalar paketi qüvvədədir. Müharibə dayanmasa, sanksiyalar artacaq. Donald Tramp isə Rusiya rəhbərliyinə münasibətdə bir qədər fərqli yanaşma tərzi sərgiləyir. O, Rusiya rəhbərliyilə münasibətləri tam olaraq korlamaq istəmir”.
“Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər”
Deputat qeyd edir ki, prosesin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyi əsasən İstanbulda gözlənilən görüşdən asılı olacaq:
“Lakin Rusiyanın atdığı son addımlar fonunda Tramp ona qarşı mövqeyini sərtləşdirməyə məcbur oldu. Moskvaya münasibətdə ciddi sanksiyaların həyata keçirlməsi mümkünlüyünü elan etdi. Ardınca Putin mayın 15-də İstanbulda Kiyevlə bir masa arxasında oturmağa hazır olduqlarını bildirdi. Yəni artıq Rusiya da fərqindədir ki, ona qarşı daha ciddi təpkilər göstəriləcək.
Bütün bunların fonunda ABŞ-la Rusiya arasında birbaşa qarşıdurmanın mümkünlüyünü inkar edirəm. Tərəflər bundan qaçırlar. Çünki onun baş verməsi daha faciəvi Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər.
ABŞ və Rusiya birbaşa hərbi qarşıdurmaya getməyəcək. Moskvanın danışıqlara getməklə bağlı verdiyi qərardan da görünür ki, Rusiya hadisələrin bu cür inkişafının ona qarşı daha sərt tədbirlərin reallaşmasına gətirib çıxaracağını anlayır. Çox şey İstanbuldakı danışıqlardan asılıdır”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
15:00 / 15.05.2025
ABŞ-dan SENSASİON XƏBƏRDARLIQ – Rusiya ilə böyük savaş ANONSU
Hazırda oxunan: ABŞ-dan SENSASİON XƏBƏRDARLIQ – Rusiya ilə böyük savaş ANONSU
Hazırda oxunan: ABŞ-dan SENSASİON XƏBƏRDARLIQ – Rusiya ilə böyük savaş ANONSU
249480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.