Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Radio NV” dövlət başçısına yaxın mənbələrə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenski: “Bir həftə çox şeyi dəyişə bilər”
Məlumata görə, Zelenski ilə birgə prezident administrasiyasının rəhbəri Andriy Yermak, Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov, prezidentin diplomatik müşaviri İqor Jovkva və Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiqa da Türkiyəyə getməyi planlaşdırır.
Eyni zamanda, danışıqların baş tutub-tutmayacağı və əgər olarsa, hansı formatda olacağı ilə bağlı qərarı şəxsən Zelenski verəcək.
Qeyd edək ki, Rusiya ilə planlaşdırılan danışıqlar mayın 15-də İstanbulda keçiriləcək.
Bizim.Media