Xəbər verdiyimiz kimi Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bizim.Media xəbər verir ki, bloger bununla bağlı özünün “Instagram” hesabında açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Hüseyn Həsənov axtarışa verildi - FOTO
"Son məlumatdan xəbərdaram. Bəli, "qiyabi həbs" sözü bir qədər vahiməli səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım hazırda bu məsələ ilə məşğuldurlar.
Həll edib nöqtəni qoyacağıq. Diqqətinizə görə minnətdaram", - Hüseyn qeyd edib.
Qeyd edək ki, Həsənov çirkli pulların yuyulmasında və vergi borclarını ödəməməkdə ittiham edilir.
Bizim.Media