Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Malayziyanın baş naziri Ənvər İbrahimlə birgə Kreml sarayını gəzərkən aralarında yaşanan maraqlı dialoqu bölüşüb.
Bizim.Media xəbər verir ki, Putin bu barədə birgə keçirilən mətbuat konfransı zamanı danışıb.
"Baş nazirə Müqəddəs Andrey zalı haqqında məlumat verdim. Orada üç taxt yerləşdirilib. Mən nazirə belə bir tapmaca dedim. Həmin taxtlardan biri kral üçün, ikincisi onun arvadı kraliça üçündür. Sizcə üçüncü taxt kimin üçündür?
Baş nazir isə heç tərəddüd etmədən "İkinci arvad üçündür" cavabını verdi. Bu, əsl müsəlmanın cavabıdır", - Putin mətbuat konfransında jurnalistlərə deyib.
Rusiya liderinin bu açıqlaması zalda əyləşən rəsmiləri və Ənvər İbrahimi güldürüb.
Qeyd edək ki, Kremldə keçirilən görüşdə Malayziyanın baş naziri və Rusiya prezidenti ikitərəfli siyasi və ticarət-iqtisadi əməkdaşlığı, eləcə də dünyadakı vəziyyəti müzakirə ediblər.
Bizim.Media