Bakıda gecə klubunda əcnəbilərə hesab ödətdirmək istəyən qadınlar SAXLANILDI

Bakıda gecə klubunda əcnəbilərə hesab ödətdirmək istəyən qadınlar SAXLANILDI

Hazırda oxunan: Bakıda gecə klubunda əcnəbilərə hesab ödətdirmək istəyən qadınlar SAXLANILDI

249329

Bakıda gecə klubunda əcnəbilərə görə səs-küy salan xanımlar saxlanılıb.

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Lamiyə və 1998-ci il təvəllüdlü Esmira adlı xanımlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
 

Məlum olub ki, ərəb ölkələrindən olan əcnəbi vətəndaşlarla tanış olan qadınlar Səbail rayonu, Sahil metrosunun yanında yerləşən klubda yeyib-içib və əyləniblər. Bundan sonra əcnəbi vətəndaşlar onları kluba aparan xanımlardan yeyib-içdiklərinə görə hesab ödənilməsini tələb ediblər.


Xanımlar isə əksinə, hesabın əcnəbi vətəndaşlar tərəfindən ödənilməsini istəyiblər. Bundan sonra qadınlar klubun qarşısına keçərək küçədə səs-küy salmağa başlayıblar.

Saxlanılan qadınlar sözügedən maddələrlə təqsirli bilinib və məhkəmə tərəfindən 200 manat məbləğində inzibati cərimə ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO