DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Hazırda oxunan: DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

249264

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub.
 

Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.


S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO