Dünyada hələ də tətbiq olunur – Azərbaycanda ölüm hökmünün qaranlıq tarixi – ARAŞDIRMA

Dünyada hələ də tətbiq olunur – Azərbaycanda ölüm hökmünün qaranlıq tarixi – ARAŞDIRMA

Hazırda oxunan: Dünyada hələ də tətbiq olunur – Azərbaycanda ölüm hökmünün qaranlıq tarixi – ARAŞDIRMA

249130

Dünyanın bir çox ölkəsində hələ də tətbiq olunan edam cəzası, müasir hüquq sistemləri və insan hüquqları ilə bağlı ciddi mübahisələrə səbəb olur. Bəzi ölkələr, ağır cinayətlərə qarşı sərt cəza tədbiri olaraq edamı hüquqi bir vasitə kimi saxlayarkən, digərləri onu ləğv edib, həyatın qorunması prinsipinə sadiq qalır.

Bizim.Media edam cəzasının hələ də mövcud olduğu ölkələr və Azərbaycanın bu mövzudakı tarixi addımlarını araşdırıb.

Edam cəzası bu günə qədər bir neçə ölkədə qanuni olaraq qalır. Bunlar arasında ən çox tanınanlardan Çin  dünya üzrə ən çox edam icra edən ölkədir.

Eyni zamanda Səudiyyə Ərəbistanında da çox ciddi cinayətlərə görə edam tətbiq edilir. İran, Hindistan, Birləşmiş Ştatlarda da eyniylə edam cəzası hələ də qalmaqdadır.

Bəs, edam cəzası Azərbaycanda nə vaxtdan qadağan edilib?

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biri olub. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib və ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.

Belə ki, Ulu Öndər 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunması istiqamətində işə başladı. 1998-ci il fevralın 10-da müvafiq sərəncamla Azərbaycanda ölüm hökmünü ləğv etdi. Həmin sərəncamdan sonra, əvvəllər barələrində ölüm hökmü çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləndi. Bu, Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyasəti çərçivəsində həyata keçirilən ən mühüm addımlardan idi.

Statistik məlumatlara görə, 1988-1993-cü illər ərzində 32 nəfər haqqında ölüm hökmü icra olunub. Onlardan 8 nəfər haqqında hökm 1993-cü ildə Prezident fərmanları əsasında icra edilib.

1993-cü ilin iyun ayından ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev vəd etdiyi demokratik və humanist ölkə quruculuğu üçün Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoyur, 10 fevral 1998-ci il tarixli Qanunla isə tamamilə ləğv edir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO