Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə gəliblər. Hər iki lideri həyat yoldaşları müşayiət edib.
Bizim.Media xəbər verir ki, erməni mətbuatı bu xəbərə özüməxsus tərzdə giriş verib və Şuşanı “Ermənistanın işğalda olan şəhəri” adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
“RİA Novosti” İlham Əliyev və Ərdoğanın Şuşaya gəlişindən yazdı
Erməni KİV-i daha sonra belə yazıb:
“Ərdoğan ötən gecə Azərbaycana gəlib. Onun İlham Əliyevlə Şuşada təkbətək görüşü baş tutacaq, bir sıra sənədlər imzalanacaq və birgə mətbuat konfransı keçiriləcək”.
Bizim.Media