Apple şüşədən hazırlanmış iPhone buraxacaq - FOTO

Apple şüşədən hazırlanmış iPhone buraxacaq - FOTO

Hazırda oxunan: Apple şüşədən hazırlanmış iPhone buraxacaq - FOTO

248916

Amerikanın texnologiya nəhəngi Apple 2027-ci ildə korpusu əsasən şüşədən ibarət olacaq yeni smartfon təqdim edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

İnsayder Mark Qurmanın bildirdiyinə görə, şirkət “əsasən şüşədən hazırlanmış, əyri korpuslu iPhone” üzərində işləyir.

Yeni model Apple-ın 2007-ci ildə təqdim etdiyi ilk smartfonun 20-ci ildönümünə təsadüf etdiyindən yubiley cihazı olacaq.
 

Qurman həmçinin qeyd edib ki, bu flaqman modeldə ekran üzərində “qaş” (monobrov) və ya “dinamik ada” (dynamic island) olmayacaq.

 

iPhone ilə yanaşı, Apple ilk qatlanan telefonunu, ağıllı eynəklərini və ev üçün nəzərdə tutulmuş süni intellekt əsaslı robot köməkçisini də təqdim edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO