Süni intellekt diaqnoz qoymağı həkimlərdən daha dəqiq BACARIR

Süni intellekt diaqnoz qoymağı həkimlərdən daha dəqiq BACARIR

Hazırda oxunan: Süni intellekt diaqnoz qoymağı həkimlərdən daha dəqiq BACARIR

248911

Google fotolara əsasən xəstəlik diaqnozu qoymaqda təcrübəli həkimləri belə geridə qoyan yeni süni intellekt sistemini hazırlayıb.

Bizim.Media xəbər verir ki, yeni sistem Articulate Medical Intelligence Explorer (AMIE) adlanır və mətnlə yanaşı şəkilləri də işləyə bilən Gemini 2.0 Flash dil modelinə əsaslanır.
 

AMIE dəri xəstəliklərini tanımaq, elektrokardioqramları (EKQ) şərh etmək və laborator nəticələri analiz etmək bacarığına malikdir. Sistem adi fotolar, PDF sənədlər və analiz nəticələri ilə işləyə bildiyindən, məsafədən diaqnostika üçün universal alət hesab olunur.


Texnologiyanın dəqiqliyini yoxlamaq üçün 25 aktyorun "pasiyent" kimi iştirak etdiyi 105 simulyasiya olunmuş konsultasiya keçirilib. Hər bir halda həm AMIE, həm də real terapevtlər foto və mətn məlumatlarına əsasən diaqnoz qoyublar. Daha sonra müstəqil ekspertlər nəticələri qiymətləndirib və süni intellektin xüsusilə çətin hallarda daha dəqiq nəticələr göstərdiyi məlum olub.

Buna baxmayaraq, tərtibatçılar bildirirlər ki, bu testlər real klinik praktikanı tam əks etdirmir.

AMIE-nin geniş miqyasda istifadəyə verilməsi üçün əlavə sınaqlara ehtiyac var. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO