FAKTİKİ HAVA: Şəki, Tərtər və Daşkəsənə dolu düşüb

FAKTİKİ HAVA: Şəki, Tərtər və Daşkəsənə dolu düşüb

Hazırda oxunan: FAKTİKİ HAVA: Şəki, Tərtər və Daşkəsənə dolu düşüb

248778

Milli Hidrometeorologiya Xidmətinin mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
 

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 19, Tərtər 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevirdə 16, Kəlbəcər və Şəkidə 15 m/s-yə çatır.


Mayın 11-i saat 17:05 radələrində Şəki rayonuna və Tərtər rayonuna diametri 5-7 mm, Daşkəsən rayonuna isə diametri 1 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO