Mədəniyyət Nazirliyinin rəsmisindən Ağdam Muğam Mərkəzi ilə bağlı AÇIQLAMA - FOTO

Mədəniyyət Nazirliyinin rəsmisindən Ağdam Muğam Mərkəzi ilə bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin rəsmisindən Ağdam Muğam Mərkəzi ilə bağlı AÇIQLAMA - FOTO

248731

Ağdam şəhərində inşa edilən Muğam Mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərvin Rüstəmova jurnalistlərə müsahibəsində bildirib ki, Muğam Mərkəzində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb.

Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar fəaliyyət göstərəcək.
 

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.


Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO