1988-ci il "Avroviziya" qalibi Selin Dion təxminən 40 il sonra müsabiqədə səhnəyə qayıda bilər – bu dəfə İsveçrənin Bazel şəhərində. Lakin bu, yalnız onun sağlamlıq vəziyyəti imkan verərsə baş tutacaq. Ulduzun komandası ilə danışıqlar hələ də davam edir.
Bizim.Media xəbər verir ki, onun çıxışı ilə bağlı Avropa Yayım İttifaqı (EBU) və İsveçrə yayımçısı SRG SSR ilə danışıqlar bir neçə həftədir ki, davam edir.
İlkin planlara görə, Selin Dion 13 may tarixində keçiriləcək ilk yarımfinalda, həmçinin 17 mayda baş tutacaq böyük finalda səhnəyə çıxa bilər. Lakin onun komandası mühüm bir şərt irəli sürür – əgər müğənninin səhhəti pisləşərsə, istənilən an çıxışı ləğv etmək imkanı təmin olunmalıdır.
Artıq Bazel şəhərində yerləşən St. Jakobşalle arenasında orkestr məşqləri keçirilib və bu məşqlərdə Selin Dionun partiyasını onun dubloru ifa edib. Bu isə ulduzun geri dönüşü ilə bağlı şayiələri daha da gücləndirib. Eyni zamanda, şounun rəhbəri İv Şifferle "The Euro Trip" podkastında bildirib ki, onun iştirakına dair yekun qərar hələ verilməyib. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:57 / 09.05.2025
Selin Dion "Eurovision" səhnəsində çıxış EDƏ BİLƏR
Hazırda oxunan: Selin Dion "Eurovision" səhnəsində çıxış EDƏ BİLƏR
Hazırda oxunan: Selin Dion "Eurovision" səhnəsində çıxış EDƏ BİLƏR
248423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.