DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılan var

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılan var

Hazırda oxunan: DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılan var

248355

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vaqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib.

Bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq, həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilmiş yerdən götürərək Bakı şəhərinə aparmaq məqsədilə avtomobilinə daşıyarkən Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Keçirilmiş baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30 kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Əliyev Şəhriyar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO