Mənzurə həkimdən şikayətçidir: “Üzümün bir tərəfini dartıb, o birini yox” - VİDEO

Mənzurə həkimdən şikayətçidir: “Üzümün bir tərəfini dartıb, o birini yox” - VİDEO

Hazırda oxunan: Mənzurə həkimdən şikayətçidir: “Üzümün bir tərəfini dartıb, o birini yox” - VİDEO

248328

Müğənni Mənzurə Musayeva onu əməliyyat edən həkimi məhkəməyə verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində danışıb.

O, deyib ki, uğursuz əməliyyata görə, üzündə problemlər yaşayır:

“Onlar insanı aldadırlar. Necə ki, aldadıb əməliyyat edirlər. Köməkçisinin səs yazıları qalıb, deyir, Mənzurə xanım, həkimlə danışım, elə edək ki, sizə də ziyan olmasın. Başqa yerdə xoşunuza gəlməyən nəsə varsa, düzəltdirin. Belə-belə keçdi... Bir ay sonra dedi ki, sənə heç nə etmirik... İndi bir az makiyajdayam, makiyajda ört-bastır olur.

Göz qarşısındadır. Alıngərmə etməyib, deyir, botoks etdir. Botoks etdirəcəkdimsə, əməliyyata niyə girirdim? Haradasa 6 min manat pulum çıxdı. Məni reklamla da əməliyyat edirdilər. Dedim, pulumu verim, birdən nəsə olar. Qorxumdan, pulla etdirdim. Bir tərəfi dartıb, o biri tərəfi yox. O da sapla edib, bir-iki ilə aşağı düşəcək. Məhkəməyə verəcəyəm, sonuna qədər gedəcəyəm. Üzümə görə problem yaşayıram, nə qədər makiyajla örtüm?! Deyir, gəl, yenidən əməliyyat edim. Peşəkar deyil, başqa sənətin sahibidir. Kimi edibsə, hamı narazıdır”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO