Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğu məlumat yayıb.
Belə ki, sözügedən tarixdən etibarən qoruğa gələn yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, uşaqlar (15 yaşadək) 2 manat ödəməli olacaqlar.
Qeyd edək ki, hazırda giriş qiymətləri yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edir.
Əlavə edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu – Azərbaycanın ən mühüm tarixi və mədəni irs abidələrindən biridir. Bakıdan təxminən 60 km cənub-qərbdə yerləşən bu qoruq, qədim insan məskənlərini, qayaüstü rəsmləri (petroqlifləri), kurqanları və arxeoloji tapıntıları ilə məşhurdur.Qoruqda 6 mindən çox qayaüstü təsvir aşkarlanıb ki, bunlar paleolit dövründən orta əsrlərə qədər olan dövrü əhatə edir. Bu rəsmlər qədim insanların gündəlik həyatını, ovçuluq səhnələrini, dini ayinlərini və ətraf mühitlə münasibətini əks etdirir.
Qobustan həm də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir və burada dünyada nadir rast gəlinən palçıq vulkanları da mövcuddur.
Bu unikal qoruq Azərbaycanın zəngin tarixi və qədim mədəniyyətinin canlı şahididir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:13 / 08.05.2025
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR
Hazırda oxunan: Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR
Hazırda oxunan: Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR
248327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.