İsrail İrana xəbərdarlıq etdi: “Əsədə Dəməşqdə etdiyimizi sizə Tehranda edəcəyik”

İsrail İrana xəbərdarlıq etdi: “Əsədə Dəməşqdə etdiyimizi sizə Tehranda edəcəyik”

Hazırda oxunan: İsrail İrana xəbərdarlıq etdi: “Əsədə Dəməşqdə etdiyimizi sizə Tehranda edəcəyik”

248248

İsrailin müdafiə naziri İsrael Kats İranı sərt şəkildə hədələyib. Onun sözlərinə görə, Yəməndəki “Ənsar Allah” hərəkatına bağlı husilərin İsrail ərazisinə raket hücumları yalnız onların özlərinə və onları dəstəkləyən İrana ağır nəticələr gətirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsində yazıb.

“Əgər husilər bizi atəşə tutmağa davam etsələr, İsrail onları çox sərt zərbələrlə cavablandıracaq.

Biz “Hizbullah”ı Beyrutda, HƏMAS-ı Qəzzada, Əsədi Dəməşqdə, husiləri isə Yəməndə necə vurduqsa, eyni şeyi Tehranda da edəcəyik”, – deyə o, qeyd edib.

Bu bəyanat İsrailin regiondakı düşmənlərinə birbaşa hərbi xəbərdarlıq olmaqla yanaşı, Tel-Əvivin Tehrana qarşı konkret planları ola biləcəyi ehtimalını da gündəmə gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO