Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının təzyiqlərinə, hava məkanının bağlanmasına və səhhətində yaranmış narahatlığa baxmayaraq, Moskvaya gəlib və Qızıl Meydanda jurnalistlərə açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
“Məni Serbiya xalqı seçib, Riqa və ya Vilnüs yox. Avropa İttifaqı istəyirsə, qoy məni cəzalandırsın.”, deyə o, qeyd edib.
Bu bəyanatla Serbiya lideri bir daha göstərdi ki, xalqın iradəsini xarici mərkəzlərin diktəsi ilə dəyişmək mümkün deyil. Vuçiç Qərbin siyasi oyunlarından çəkinmədiyini, ölkəsinin maraqlarını harada və necə lazımdırsa, orada müdafiə edəcəyini nümayiş etdirdi.
O, bu səfəri ilə həm də ənənəvi Serbiya-Rusiya münasibətlərinə sadiqliyini, həm də Avropa İttifaqının “kim bizimlə deyil, o, əleyhimizdədir” yanaşmasına qarşı etirazını açıq şəkildə ortaya qoydu.
Vuçiçin Moskvaya səfəri və Qızıl Meydanda səsləndirdiyi sözlər yalnız onun şəxsi mövqeyini deyil, Serbiya cəmiyyətində güclü dəstəyə malik olan bir siyasi xətti ifadə edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:59 / 08.05.2025
Vuçiçdən Qızıl Meydanda açıqlama: “Avropa İttifaqının cəzasından qorxmuram” – VİDEO
Hazırda oxunan: Vuçiçdən Qızıl Meydanda açıqlama: “Avropa İttifaqının cəzasından qorxmuram” – VİDEO
Hazırda oxunan: Vuçiçdən Qızıl Meydanda açıqlama: “Avropa İttifaqının cəzasından qorxmuram” – VİDEO
248243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.