Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Hazırda oxunan: Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

248236

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO