“Ermənistan çıxmasa, Azərbaycan Ordusu əraziləri geri alacaq” -Çavuşoğlu

“Ermənistan çıxmasa, Azərbaycan Ordusu əraziləri geri alacaq” -Çavuşoğlu

Hazırda oxunan: “Ermənistan çıxmasa, Azərbaycan Ordusu əraziləri geri alacaq” -Çavuşoğlu

2480

“İşğal edilmiş Azərbaycan torpaqlarının hamısı Azərbaycana veriləcək. Bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var. İmza varsa, bu məsələdə məsuliyyət də var”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.

Türkiyəli nazir bildirib ki, Ermənistan yenidən atəşkəsi pozarsa, razılaşmanın şərtlərindən kənara çıxarsa, bunun məsuliyyətini daşımalı olar:

“Ermənistan bu günə qədər bir neçə dəfə atəşkəsi pozub. Əgər “biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq” desələr, o zaman bədəlini ödəyərlər”.

M.Çavuşoğlu vurğulayıb ki, 30 il başqa dövlətin torpağını mənimsəməyə çalışan Ermənistanın həqiqəti qəbul etməsi psixoloji cəhətdən çətin olacaq:

“Amma bu, birmənalı olaraq qəbul olunmalıdır. Bu, Azərbaycan torpağıdır. 30 ildir bu torpaqlara girib, yaşayıb, öz torpaqlarınız bilirsiniz. Başqa variant yoxdur. Ya könüllü olaraq razılaşmaya uyğun olaraq ermənilər Azərbaycan torpaqlarından çıxacaq, ya da qəhrəman Azərbaycan ordusu öz torpaqlarını bu günə qədər aldığı şəkildə geri alacaq. Ermənistanın başqa şansı yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO