Azərbaycanın xalis maliyyə öhdəlikləri 539 milyon dollar artıb - RƏSMİ

Azərbaycanın xalis maliyyə öhdəlikləri 539 milyon dollar artıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanın xalis maliyyə öhdəlikləri 539 milyon dollar artıb - RƏSMİ

24795

2021-ci ilin birinci rübü üzrə ölkənin xalis maliyyə aktivləri 524,4 milyon dollar artıb.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (106,2 milyon dollar), portfel investisiyaları (76,2 milyon dollar) və digər investisiyaların (342 milyon dollar) artımı hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 538,8 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (121,3 milyon dollar), neft bonusu (450,5 milyon dollar), portfel investisiyaları (-1,1 milyon dollar) və digər investisiyalar (-31,9 milyon dollar) hesabına formalaşıb.

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,4 milyard dollar olub.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 89,2 faiz təşkil edib.

2021-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-28.5 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (1 249,4 milyon dollar) kapitalın repatriasiyası (1 milyard 277,9 milyon dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 151,5 milyon dollar (36,1 faiz azalma) olub.

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 76,2 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 1,1 milyon dollar azalıb. Nəticədə 77,3 milyon dollar mənfi saldo yaranıb.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət sektorunun hesabına artıb, öhdəliklər isə neft-qaz sektorunun hesabına azalıb.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4,9 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 207,6 milyon dollar azalıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri (80,6 milyon dollar), dövlət təminatlı kreditlər (20,9 milyon dollar), bank sektorunun kreditləri (3,5 milyon dollar), neft-qaz sektorunun kreditləri (58,8 milyon dollar), firmaların və digər müəssisələrin kreditləri (43,8 milyon dollar) hesabına azalıb.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 454,9 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 49,9 milyon dollar azalıb.

2021-ci ilin birinci rübü üzrə ölkənin ehtiyat aktivləri 325,9 milyon dollar məbləğində artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO