Kadırov: “Vəzifəmdən azad olunmağımı xahiş edirəm”

Kadırov: “Vəzifəmdən azad olunmağımı xahiş edirəm”

Hazırda oxunan: Kadırov: “Vəzifəmdən azad olunmağımı xahiş edirəm”

247949

Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edir.

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə onun özü “Chechnya Today” xəbər agentliyinə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kadırovun səhhəti AĞIRLAŞDI – 17 yaşlı oğlunu hakimiyyətə gətirməyə HAZIRLAŞIR


Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Nəşrin jurnalistlərinə verdiyi şərhdə Çeçenistan rəhbəri öz varisini də müzakirə edib.

"Mən özüm də vəzifəmdən azad olunmasını xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim müraciətim dəstəklənəcək", - deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri vəzifədən azad olunmaqla bağlı konkret olaraq kimə müraciət etdiyini açıqlamayıb.

Qeyd edək ki, fevral ayından etibarən Çeçenistan lideri Ramzan Kadırovun səhhətinin ağırlaşması ilə bağlı məlumatlar yayılıb. “Novaya Qazeta” nəşrinin iddiasına görə, Çeçenistan lideri öz vəzifəsini oğlu Adəm Kadırova ötürməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO