Uşağın cinsiyyətini öyrənmək üçün əraziyə rəngli bomba atdılar - VİDEO

Uşağın cinsiyyətini öyrənmək üçün əraziyə rəngli bomba atdılar - VİDEO

Hazırda oxunan: Uşağın cinsiyyətini öyrənmək üçün əraziyə rəngli bomba atdılar - VİDEO

247903

İsrail Müdafiə Qüvvələri növbəti dəfə Qəzza zolağına zərbə endirib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə atılan bombadan mavi tüstü çıxması diqqət çəkib.

İddia edilir ki, bomba İsrail Müdafiə Qüvvələrində xidmət edən və yaxın vaxtda ata olmağa hazırlaşan bir əsgər üçün atılıb.

Qeyd edilir ki, hərbçinin övladının hansı cinsə mənsub olmasını öyrənmək məqsədilə belə bir addım atılıb.

3 mayda çəkildiyi deyilən video mayın 5-də sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri əgərlərdən birinin öz səhifəsində paylaşdığı bildirilir.

“Əlcəzirə” yazır ki, bombadan çıxan tüstünün cins öyrənmə mərasiminə bənzəyib və bu zaman əsgərlər “o oğlandır” sözlərini deyərək gülüblər.

Əsgərlər güldüyü zaman yaxınlıqdakı tikililərdən birinin dağılması videoda öz əksini tapıb. (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO