Bakıda POS-terminaldan istifadə etməyən ticarət obyektləri aşkarlandı - FOTO

Bakıda POS-terminaldan istifadə etməyən ticarət obyektləri aşkarlandı - FOTO

Hazırda oxunan: Bakıda POS-terminaldan istifadə etməyən ticarət obyektləri aşkarlandı - FOTO

247781

Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, Nəsimi rayonunun Cavadxan küçəsində Nəsirov Fariz Ağasəddin oğluna məxsus obyektdə, həmçinin Yasamal rayonunun Hüseyn Cavid prospektində Qasımova Zeynəb Müseyib qızına məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib.

Faktlar rəsmiləşdirilib və vergiödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan-karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO