FAKTİKİ HAVA: Bu ərazilərə yağış yağır

FAKTİKİ HAVA: Bu ərazilərə yağış yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Bu ərazilərə yağış yağır

247658

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Lerikdə 26, Yardımlı və Neftçalada 16, Lənkəranda 15, Astarada 14, Naxçıvanda 12, Ordubad, Cəlilabad və Culfada 10, Şahbuzda 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Cəfərxanda 6, Daşkəsən, İmişli, Kürdəmir, Biləsuvar və Şərurda 5, Sabirabad, Qobustan, Ağdam, İsmayıllı, Şamaxı, Göygöl, Gəncə, Tərtər, Göyçay, Zərdab, Beyləqan, Sədərək, Ağstafa, Goranboy, Naftalan, Ceyrançöl, Zaqatala, Altıağac, Balakən, Şəki, Qəbələ, Qusar, Xaltan, Mingəçevir, Yexlax, Bərdə və Gədəbəydə 4 mm-dək təşkil edir.
 

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Qax, Şəki, Qrız, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik və Cəfərxanda duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-də 14, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO