Rusiya Prezidenti Vladimir Putin haqqında “Rossiya 1” kanalı tərəfindən “Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli film hazırlanıb.
Bizim.Media xəbər verir ki, filmdə Putin dövlət başçısı kimi keçirdiyi 25 il ərzindəki fəaliyyətindən, gündəlik həyat tərzindən və ailə münasibətlərindən danışıb.
Filmin müəllifləri Saidə Medvedeva və Pavel Zarubindir.
O, bildirib ki, son illərdə iş qrafiki səbəbilə Kremlin daxilindəki mənzilində gecələməli olur: “Son üç il ərzində tez-tez burada – Kreml daxilində gecələyirəm.”
Prezidentin sözlərinə görə, nəvələri bəzən xəbərsiz də gələ bilirlər, lakin adətən onun vaxtının olub-olmadığını əvvəlcədən soruşurlar.
Putin sağlamlığına və fiziki hazırlığına xüsusi diqqət yetirdiyini də qeyd edib:
“Gündə bir saat yarım idmanla məşğul oluram. Üzgüçülük hovuzuna gedirəm və kardio məşqlər üçün buz üzərinə çıxmağa çalışıram.” (modern)
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:20 / 04.05.2025
Putin: “Nəvələrim bəzən Kremlə yanıma gəlirlər”
Hazırda oxunan: Putin: “Nəvələrim bəzən Kremlə yanıma gəlirlər”
Hazırda oxunan: Putin: “Nəvələrim bəzən Kremlə yanıma gəlirlər”
247612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.