Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur.
Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:49 / 04.05.2025
Vətəndaşlara qarşı yeni dələduzluq - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Vətəndaşlara qarşı yeni dələduzluq - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Vətəndaşlara qarşı yeni dələduzluq - DİN-dən AÇIQLAMA
247560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.