Türkiyə Super Liqasında 34-cü turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, turun mərkəzi matçı əzəli rəqiblər "Fənərbaxça" ilə "Beşiktaş" arasında baş tutacaq.
Şükrü Saracoğlu Stadionunda keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qarşılaşmanı Yasin Kolun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Bu tur öncəsi "Fənərbaxça" 75 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Qalatasaray"dan 8 xal geri qalır. 52 xalı olan "Beşiktaş" isə 4-cü yerdədir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:29 / 04.05.2025
Bu gün “Fənərbağça” – “Beşiktaş” matçı keçiriləcək
Hazırda oxunan: Bu gün “Fənərbağça” – “Beşiktaş” matçı keçiriləcək
Hazırda oxunan: Bu gün “Fənərbağça” – “Beşiktaş” matçı keçiriləcək
247538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.