“Azərbaycanlılar minalarda partlayaraq ölməli və Qarabağa köç gecikməli idi”

“Azərbaycanlılar minalarda partlayaraq ölməli və Qarabağa köç gecikməli idi”

Hazırda oxunan: “Azərbaycanlılar minalarda partlayaraq ölməli və Qarabağa köç gecikməli idi”

24744

“Nikol Paşinyana müxalif olanlar geri qayıdan 15 ermənidən çox “minalanmış xəritələri Azərbaycana təhvil vermək olmazdı” deməyə başlayıblar. Yəni bu qatillərin fikrincə, həmin minalarda mülki vətəndaşlar bundan sonra da həlak olmalıydılar. Onların məntiqinə görə, azərbaycanlılar həmin minalarda partlayaraq ölməli və bununla azərbaycanlıların Qarabağa köçü gecikməli idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, erməni qatillər Paşinyanı həm də ona görə ittiham edirlər ki, bəs Azərbaycan minaların təmizlənməsinə vaxt və xeyli maliyyə xərcləyəcəkdi.

“Erməni müxaliflərdən biri isə açıq deyib ki, Ağdam minalardan təmizlənəndən sonra Qarabağ erməniləri üçün başlıca təhlükəyə çevriləcək. Bunda haqlıdırlar. Erməni separatizminin başladığı 1980-ci illərin sonunda Ağdam onların qorxulu röyası idi. Ağdam satqınlıq nəticəsində işğal olunmasaydı, erməni separatizminin sonunu daha əvvəl gətirəcəkdi. Ağdamı yenidən istehkama çevirməliyik”.

Politoloq bildirib ki, Ağdama 100 min insanımızı köçürməklə yanaşı hərbi kazarmaların sayı da çox olmalıdır:

“Ağdamla yanaşı Qarabağın hər yerini, o cümlədən strateji Şuşa, Kəlbəcər və Laçını istehkama çevirməliyik ki, vətəndaşlarımızın bu bölgələrdə rahat və təhlükəsiz həyatları təmin olunsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO