Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mersedes" markalı yük maşını "İsizu" markalı digər yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. "İsizu"nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:50 / 03.05.2025
Ağstafada yük maşını aşdı, çörəklər yerə dağıldı – FOTO
Hazırda oxunan: Ağstafada yük maşını aşdı, çörəklər yerə dağıldı – FOTO
Hazırda oxunan: Ağstafada yük maşını aşdı, çörəklər yerə dağıldı – FOTO
247409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.