Ayseldən Şahbaz Xuduoğluna SƏRT CAVAB: “Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz”

Ayseldən Şahbaz Xuduoğluna SƏRT CAVAB: “Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz”

Hazırda oxunan: Ayseldən Şahbaz Xuduoğluna SƏRT CAVAB: “Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz”

24734

“Qanun” nəşriyyatının icraçı direktoru Şahbaz Xuduoğlunun Aysel Əlizadə haqqında söylədiyi fikirlərə yazıçının cavabı gecikməyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından nəşriyyatın direktoruna cavab verib.

“Şahbaz Xuduoğlu məni dövlətlə şantaj edir. Küçədə ərik dərdiyim üçün yaşadığım hadisəyə şərh yazıb ki, bu dövlət ərik oğrularını bağışlamır, o əriyə görə sənlə dalaşan kişinin vəkilliyini özüm edəcəm. Çox sevinirəm, adamların özlərini sonacan gizlədə bilməmələri üçün ikicə cümlə bəs edir. Kitab oğurluğu ilə bağlı Bizim Media-da gedən video köşəmə dözə bilməyib, olsun. Növbəti videoya da dözməz inşallah”,- deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Məmməd Arazın kitabxanasından OĞURLANAN KİTAB - Bizim KÖŞƏ Aysel Əlizadənin TƏQDİMATINDA - VİDEO


Daha sonra yazıçı məsələ ilə bağlı öz fikirlərini bu sözlərlə tamamlayıb.

“Mən sizdən fərqli olaraq bu dövlətdən qorxmuram, Şahbaz bəy. Dövlət hamımızı çox yaxşı tanıyır. Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz. Bunu ağlınızın bir yerində saxlayın. Bir dəfə biri cəhd elədi, yaxşı olmadı”.

Xatırladaq ki, Şahbaz Xuduoğlunun Aysel Əlizadəni tənqid etməsinin ilkin səbəbi bir neçə gün əvvəl kitab mağazasından kitab oğurlamaqda ittiham olunan gənclərə haqq qazandırması olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO