Fəxrəddin Manafova VƏZİFƏ VERİLDİ

Fəxrəddin Manafova VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Fəxrəddin Manafova VƏZİFƏ VERİLDİ

247250

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub.

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, F.Manafov 1955-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub.

1975–1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində tədris teatrında aktyor kimi çalışıb. 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.
 

"Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.


Uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da aktyor kimi fəaliyyət göstərən F.Manafov 1987-ci ildə “Əməkdar artist”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO