20 aptekdə nöqsanlar AŞKARLANDI

20 aptekdə nöqsanlar AŞKARLANDI

Hazırda oxunan: 20 aptekdə nöqsanlar AŞKARLANDI

247245

2025-ci ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla, ümumilikdə 58 aptek təftiş olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 56 planlı, bir plandankənar və bir yoxlamadan kənar təftiş həyata keçirilib.

Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO