Özünü maşınların altına atan şəxs tutuldu – FOTO/VİDEO

Özünü maşınların altına atan şəxs tutuldu – FOTO/VİDEO

Hazırda oxunan: Özünü maşınların altına atan şəxs tutuldu – FOTO/VİDEO

247091

Xəbər verdiyimiz kimi, “20 Yanvar” dairəsində özünü maşınların altına ataraq təhlükə yaradan şəxslə bağlı ötən gün görüntülər yayılıb.

Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində həmin şəxsin kimliyi polis tərəfindən müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb.

Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir”, - nazirliyin məlumatında vurğulanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO