Çoxdandır gözlənilən ABŞ-Ukrayna sazişi nəhayət İMZALANDI

Çoxdandır gözlənilən ABŞ-Ukrayna sazişi nəhayət İMZALANDI

Hazırda oxunan: Çoxdandır gözlənilən ABŞ-Ukrayna sazişi nəhayət İMZALANDI

246971

ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb.

Bizim.Media xəbər verir ki, həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. 

Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ - Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. 

Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. 

ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO