Əməkdar artist Elnur Zeynalov açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “Gün ortası” verilişində qonaq olan sənətçi səhnə aldığı məclislərdən danışıb.
“Allah hər kəsə fərqli ölçüdə səs verir. Bu, o vaxtdan belə olub. Bir oxuyan gələndə aləmi bir-birinə qatırdılar, bilinmirdi kim nə oxuyur? Çünki gələn ifaçı daha güclüdür.
Biz toyda olanda qıraqdan bir ifaçı gətirirlər, mahnını xaric oxuyur. Amma onu bəh-bəhlə alqışlayırlar, çünki yeni səsdir. Nüanslar çoxdur. Elə bir ailənin, özünə, şəxsiyyətinə hörmət edən insanların məclislərinə dəvət alırıq ki...
Orada nə ədəbsiz oxuyan olur, nə tərbiyəsiz ifaçılar, nə keyfiyyətsiz musiqiçilər olur”, - deyə, E. Zeynalov bildirib.
Sara, Bizim.Media