Gülüstan Əliyeva: "O məktəb həyat yoldaşımın adını daşıyır" - FOTO

Gülüstan Əliyeva: "O məktəb həyat yoldaşımın adını daşıyır" - FOTO

Hazırda oxunan: Gülüstan Əliyeva: "O məktəb həyat yoldaşımın adını daşıyır" - FOTO

246807

"Beyləqan rayonu mənim üçün əzizdir. Çünki mənim doğmalarım, oğlumun nənəsi, babası, bibisi oradadır. Beyləqanın Günəşli qəsəbəsində yaşayırlar. O kənddə mənim həyat yoldaşım Zahid Əhmədovun adını daşıyan məktəb var".

Bizim.Media xəbər verir ki, Əməkdar artist Gülüstan Əliyeva həmin məktəbdə müəllim kimi çalışdığını da bildirib:

"1994-cü ilə qədər qaynatamgillə orada birlikdə yaşamışıq. Cəbrayıl rayonu işğal olunduqdan bir qədər sonra mən valideynlərimin yanına getdim. Həmin məktəbdə musiqi müəllimi kimi çalışırdım. Orada Azərbaycan və rus dilindən dərslər deyirdim. Ölkəmiz üçün çox çətin günlər idi. O kənd məktəbi də çətin dönəmləri yaşayan təhsil ocağı idi. Həyat yoldaşım həmin məkəbdə təhsil almışdı. Oraya onun adının verilməsi üçün Beyləqan rayon maarif şöbəsinə və icra hakimiyyətinə müraciət etdim. Sağ olsunlar, bu günə qədər də o təhsil ocağı Zahid Əhmədov adına tam orta məktəbdir".

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov I Qarabağ müharibəsində şəhid olub. (Axşam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO