2 mindən çox şagird bu müsabiqədə YARIŞACAQ – VİDEO

2 mindən çox şagird bu müsabiqədə YARIŞACAQ – VİDEO

Hazırda oxunan: 2 mindən çox şagird bu müsabiqədə YARIŞACAQ – VİDEO

246739

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başa çatıb. 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox şagird iştirak edib.

Bizim.Media xəbər verir ki, seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı bir neçə gün sonra codehour.edu.az saytında ictimaiyyətə təqdim olunacaq.
 

Xatırladaq ki, imtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhərlər də daxil olmaqla, ümumilikdə 47 şəhərdə yerləşən 75 mərkəzdə təşkil olunub. Mərkəzləşdirilmiş qaydada keçirilən seçim mərhələsi şagirdlər arasında İKT və proqramlaşdırma sahəsində potensial bacarıqların üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyıb.


Qeyd edək ki, müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO