Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq

Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq

Hazırda oxunan: Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq

246721

Azərbaycanda Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.

Bizim.Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılmasına dair Yol Xəritəsi var: “Yol Xəritəsindəki 18 bənddən 12-sini “Azərişıq” həyata keçirəcək.

Bizim qarşımıza Vahid İnformasiya Sisteminin yaradılmasına dair strukturun formalaşdırılması, dünya təcrübəsinin öyrənilməsi və bu sistemin bazasının yaradılması və sair ilə bağlı tapşırıqlar qoyulub”.

O, qeyd edib ki, hazırda qurum beynəlxalq təcrübənin öyrənilməsi, konsepsiyanın hazırlanması ilə bağlı işlər görür. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO