İrandakı partlayışda ölənlərin sayı 70-ə ÇATDI

İrandakı partlayışda ölənlərin sayı 70-ə ÇATDI

Hazırda oxunan: İrandakı partlayışda ölənlərin sayı 70-ə ÇATDI

246584

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Bizim.Media Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, 1200-dən çox insan yaralanıb. Həkimlər yaralılardan bəzilərinin vəziyyətini ağırdır qiymətləndirir.
 

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb.


İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO