Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Hazırda oxunan: Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

246519

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.
 

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfa 17, Şahdağda 16 m/s-yə çatır.


Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO