İrandakı partlayışda ölənlərin sayı 46-ya ÇATDI - VİDEO

İrandakı partlayışda ölənlərin sayı 46-ya ÇATDI - VİDEO

Hazırda oxunan: İrandakı partlayışda ölənlərin sayı 46-ya ÇATDI - VİDEO

246494

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, 1200-dən çox insan yaralanıb. Həkimlər yaralılardan bəzilərinin vəziyyətini ağırdır qiymətləndirir.

Bizim.Media Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.
 

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb.


İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO