Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən müxbirə HÖKM OXUNDU

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən müxbirə HÖKM OXUNDU

Hazırda oxunan: Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən müxbirə HÖKM OXUNDU

246472

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xəyyam Qurbanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı vətəndaşlardan nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıb.
 

O, ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə təqsirləndirilib.


Xəyyam Qurbanlıya Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO