“Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq iki ölkənin əlaqələrinə töhfə verə bilər”.
Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.
Dövlət başçısı qeyd edib ki, İranla Azərbaycan arasında əməkdaşlıq sahələri genişdir: “İki qonşu və qardaş bir-biri ilə münasibətdə nə etməlidir? Biz malik olduğumuz bütün potensial və qabiliyyətlər iqtisadi cəhətdən, sənaye, elm və digər sahələrdə bir-birimizlə əlaqədə ola bilərik.
Biz iki ölkə arasında əməkdaşlıq sahələri arasında heç bir məhdudiyyət nəzərdə tutmuruq. Təbii ki, parlamentlər arasında münasibətlər bir addım olar. Universitetlər və universitet müəllimləri arasındakı münasibətlər də başqa addım ola bilər”.
“Səhiyyə, müalicə, dərman, tibbi təchizat nöqteyi-nəzərdən də əməkdaşlıq edə bilərik. Sənaye, ticarət və müştərək əməkdaşlıqlar nöqteyi-nəzərdən də qarşılıqlı addımlar atıla bilər. Mədəniyyət, idman sahələri də bizim aramızda əməkdaşlıqlara töhfə verə bilər”, - İran Prezidenti vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:37 / 27.04.2025
İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq
Hazırda oxunan: İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq
Hazırda oxunan: İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq
246385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.