Bu meyvələr psixoloji asılılıq yaradır

Bu meyvələr psixoloji asılılıq yaradır

Hazırda oxunan: Bu meyvələr psixoloji asılılıq yaradır

246198

Meyvə və tərəvəzlərin tərkibində yüksək səviyyədə nikotin, kofein, şəkər olmadığı üçün insanda asılılıq yaratmır. Amma bəzi meyvə və tərəvəzlər dadına görə və beyinə xoş təsir etdiyi üçün insanlar onlara qarşı psixoloji asılılıq hiss edirlər.

Bizim.Media insanlarda psixoloji asılılıq yaradan meyvə və tərəvəzləri təqdim edir:
 

Qarğıdalı - tərkibində təbii şəkər və karbohidrat yüksəkdir. Beyində dopamin ifrazını stimullaşdırır, bu da “məmnunluq” hissi yaradır. Duzlu və ya yağda qızardılmış formada yeyilməsi vərdiş halını ala bilər.


Kartof - xüsusilə qızardılmış kartof. Təmiz halda faydalıdır, amma qızardılmış formada (fri, çips) insanlarda duz və yağ asılılığına bənzər reaksiya yarada bilər. Tez-tez istənilməsinə səbəb beyində xoş hiss yaratmasıdır.

Çiyələk və manqo - təbii olaraq şirin və aromatik olduqları üçün insanlar onlara qarşı psixoloji bağlılıq hiss edə bilər. Lakin hər iki meyvəni həddindən artıq yemək şəkər balansını poza bilər.

Banan- tərkibində serotoninə təsir edən maddələr (triptofan) var. Bu səbəbdən insanların bəzən “özümü pis hiss edəndə banan yeyirəm” tipli fikirləri mövcuddur. Amma çox yedikdə şəkər və karbohidrat miqdarı artması istisna edilmir.

Qarpız - əsasən, yayada yeyilir. Çox şirəlidir və psixoloji olaraq “rahatlıq” verir.

Bizim.Media


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO