İstanbulda baş verən zəlzələdən sonra 266 afterşok qeydə alınıb - FOTO

İstanbulda baş verən zəlzələdən sonra 266 afterşok qeydə alınıb - FOTO

Hazırda oxunan: İstanbulda baş verən zəlzələdən sonra 266 afterşok qeydə alınıb - FOTO

245859

Dünən Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra 266 afterşok qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) Anadolu Agentliyinə (AA) bildirilib.

AA-nın məlumatına əsasən, bu gün yerli vaxtla saat 09:00-a qədər 0-4 bal arasında 258, 4-5 bal arasında 7, 5 və daha yuxarı gücdə 1 təkan olmaqla, ümumilikdə 266 afterşok qeydə alınıb.

AFAD-dan Elmi Şuranın araşdırmalarına əsasən ictimaiyyətə verilən məlumatda, zəlzələ zamanı qırılan seqmentin uzunluğunun təxminən 15, eninin isə 9,5 kilometr olduğu, 30 santimetr yerdəyişmənin ölçüldüyü bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO