Xəbər verdiyimiz kimi, aprelin 21-də Roma Papası Fransiski vəfat edib.
Papanın tabutu altına sərilən xalça Azərbaycan xalçasıdır.
Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, xalça Papaya 2016-cı ilin oktyabrında Bakı səfəri zamanı hədiyyə edilib.
Qeyd edək ki, Roma Papası Fransisk Azərbaycana 2016-cı ilin oktyabrında səfər edib və 2 oktyabrda Prezident iqamətgahında keçirilən görüşdə ona Azərbaycan milli xalçası hədiyyə edilib. Sözügedən görüşdən yayılmış videodakı xalça ilə Roma Papası Fransiskin tabutu altına sərilən xalça isə tamamilə fərqli toxunuş və ornamentlərə malikdir.
Buna baxmayaraq, Roma Papası Fransiskin tabutunun altına sərilən xalça doğrudan da Azərbaycan - Təbriz xalçasıdır. Xalça naxışlarına görə "Heris" adlanır.
Heris - Təbriz yaxınlığında şəhərdir və bu xalça da bu şəhərin adı ilə bağlıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:46 / 24.04.2025
Papanın tabutunun altına Azərbaycan xalçası sərilib – FOTO
Hazırda oxunan: Papanın tabutunun altına Azərbaycan xalçası sərilib – FOTO
Hazırda oxunan: Papanın tabutunun altına Azərbaycan xalçası sərilib – FOTO
245780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.