Şamaxıda daha bir bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Quşçu kəndində qeydə alınıb.
Abşeron rayon sakini, 72 yaşlı Xəlilov Sabir Səfər oğlu kənd ərazisində yerləşən Alçapan dağında çaşır bitkisi yığarkən ehtiyatsızlıq nəticəsində yıxılaraq həyatını itirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Onların müdaxiləsi ilə Sabir Xəlilovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin başvermə səbəbi aparılan araşdırmanın nəticəsində bəlli olacaq.
Bizim Media, Aran bürosu