Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb.
“Bu ərazi İncəsi (Noyemberyan) icmasının Koxb və Qaraça (Berdavan) kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi. Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki bu, ərazilərin Azərbaycana verilməsi ilə nəticələnəcək, erməni mövqeləri arxaya çəkiləcək, ancaq yeni mövqelər hazırlanmayıb və təchiz edilməyib.
Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da kəndlilərin torpaq əkib-becərməsini və mal-qara yetişdirməsini çətinləşdirəcək”, - Sərkisyan qeyd edib.
Qeyd edək ki, bundan öncə də ərazidə minatəmizləmə işlərinin aparıldığı və Azərbaycana məxsus anklav kəndlərin qaytarılacağı haqda məlumat yayılmışdı. (Axar.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:53 / 23.04.2025
Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – Sərkisyan
Hazırda oxunan: Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – Sərkisyan
Hazırda oxunan: Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – Sərkisyan
245608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.