İdeal təzyiq ölçüsü 120/80 deyilmiş

İdeal təzyiq ölçüsü 120/80 deyilmiş

Hazırda oxunan: İdeal təzyiq ölçüsü 120/80 deyilmiş

245498

Əvvəllər ideal hesab edilən 120/80 təzyiq ölçüsü bəzi insanlar üçün təhlükəli ola bilər.

Bizim.Media xəbər verir ki, bunu kardioloq İrina Vasilyeva bildirib.

O, kimin risk altında olduğunu və bu cür göstəricilərlə dərmana ehtiyacı olduğunu izah edib.

Həkimin sözlərinə görə, 115/75-dən başlayaraq qan təzyiqi hər 20/10 mmHg artması ilə ürək-damar xəstəliklərindən ölüm riski iki dəfə artır.

O deyib ki, buna görə də Avropa ölkələrində 120/70-dən aşağı göstəricilər normal hesab olunur.

Vasilyeva xəbərdarlıq edib ki, qan təzyiqi 120/70 ilə 139/89 arasında olan insanlar ürək-damar risklərini qiymətləndirməlidirlər. Bir insanın işemik ürək xəstəliyi, ağır böyrək patologiyası və ya diabeti varsa, bu cür qan təzyiqi göstəriciləri ilə ona dərman müalicəsi təyin edilə bilər. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO